Prezident Əliyev Avropaya minnətdarlığını bildirib
https://azeri.sahartv.ir/news/azərbaycan-i287363-prezident_Əliyev_avropaya_minnətdarlığını_bildirib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Brüsseldə keçirilən "Şərq Tərəfdaşlığı" sammitində çıxışı zamanı bildirib ki, Azərbaycan Avropa dəyərlərini paylaşan bir ölkədir və rəsmi Bakı Avropa təsisatlarından aldığı dəstəyə görə minnətdarıdır.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Noy 25, 2017 10:12 Asia/Baku
  • Prezident Əliyev Avropaya minnətdarlığını bildirib
    Prezident Əliyev Avropaya minnətdarlığını bildirib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Brüsseldə keçirilən "Şərq Tərəfdaşlığı" sammitində çıxışı zamanı bildirib ki, Azərbaycan Avropa dəyərlərini paylaşan bir ölkədir və rəsmi Bakı Avropa təsisatlarından aldığı dəstəyə görə minnətdarıdır.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 24-də Brüsseldə keçirilən "Şərq Tərəfdaşlığı" sammitində bəyan edib ki, Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir: " Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu, gənc müstəqil ölkə üçün çox vacibdir və əlbəttə ki, biz Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmanı strateji əlaqələrin gücləndirilməsində daha bir mühüm mərhələ hesab edirik".