AB Azərbaycanda 15 milyard dollar investisiya qoyub
-
AB Azərbaycanda 15 milyard dollar investisiya qoyub
Azərbaycan Respublikasının iqtisadiyyat naziri deyib: Avropa Birliyinə üzv ölkələr son 5 ildə Azərbaycan Respublikasına 15 milyard dollar investisiya qoyublar.
İRNA-nın verdiyi məlumata görə, Şahin Müstafayev dünən Bakıda Avropa Birliyi Komissiyasının nəqliyyat üzrə rəsmisi Henrik Hololi ilə görüşündə deyib: AB Azərbaycanın ən əsas ticarət ortağıdır və son illərdə Azərbaycana 15 milyard dollarlıq investisiya qoyması qarşılıqlı əlaqələrin dərinliyini göstərir.
Azərbaycan Respublikasının iqtisadityyat naziri bu ölkə ilə AB arasında enerji sahəsində əməkdaşlıqların uğurla davam etdiyini bildirərək deyib: Azərbaycan qazının Avropaya nəqli üçün cənub qaz dəhlizi layihəsinin icrası bu baxımdan böyük əhəmiyyətə malikdir.
Görüşdə Henrik Hololi də AB-nin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayaraq deyib: Azərbaycan Respublikası enerji sektoru ilə yanaşı nəqliyyat sektorunda da Avropa Birlyi ilə uğurlu əməkdaşlıqlara malikdir.
Görüşdə Azərbaycanla AB arasında yeni əməkdaşlıq sənədinin ilkin mətni və digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.