Fev 05, 2018 14:54 Asia/Baku
  • Azərbaycan R-da növbədənkənar prezident seçkilərinin keçiriləcəyi elan olunub
    Azərbaycan R-da növbədənkənar prezident seçkilərinin keçiriləcəyi elan olunub

Azərbaycan Respublikası prezidenti bu ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında sərəncam imzalayıb.

AzərTac-ın məlumatına görə, Azərbaycan Respublikası prezidentinin sərəncamında deyilir ki, Azərbaycan Respublikası konstitusiyasının 101-ci maddəsinin birinci hissəsi rəhbər tutularaq və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq, bu ölkənin mərkəzi seçki komissiyası 2018-ci il aprelin 11-də növbədənkənar prezident seçkiləri keçirməli və seçkilərin Azərbaycan Respublikasının seçki məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Sərəncamda  Azərbaycan Respublikasında növbədənkənar prezident seçkilərinin keçirilməsinin səbəblərinə işarə olunmayıbdır.

Bundan öncə qərar üzrə Azərbaycan Respublikasında səkkizinci prezident seçkiləri oktyabrın 17-də keçirilməli idi.

 

Teqlər