Fev 06, 2018 09:58 Asia/Baku
  • Səfir: Pakistan Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir
    Səfir: Pakistan Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir

Pakistanın Azərbaycan Respublikasındakı səfiri İslamabadın Dağlıq Qarabağ münaqişəsində Bakını dəstəklədiyini bildirərək deyib: Dağlıq Qarabağ münaqişəsi bizim üçün Kəşmir münaqişəsi qədər əhəmiyyətlidir.

İRNA-nın məlumatına görə, Səid Xan Mehmənd ötən gün Bakıda Kəşmir münaqişəsi haqda iclasda deyib: Azərbaycan Respublikasının Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkdiyi kimi Pakistan da Kəşmir münaqişəsindən əziyyət çəkir. Elə buna görə, İslamabad bu haqda Bakının mövqeyini dəstəkləyir. 

Pakistanın Bakıdakı səfiri ümidvarlıq edib ki, beynəlxalq, xüsusilə də BMT Təhlükəsizlik Şurasının səyləri ilə Kəşmir və Qarabağ münaqişələri tez bir zamanda həll olunacaq. 

Teqlər