Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin etməyə çalışır
Azərbaycan Respublikasının xarici işlər naziri rəsmi Bakının Avropanın enerji təhlükəsizliyini təmin etməyə çalışmasından xəbər verib.
Elmar Məmmədyarov Almaniyanın Münhen şəhərində keçirilən "Münhen təhlükəsizlik iclası"ndakı çıxışında Bakının Cənub Qaz Dəhlizi, Cənubi Qafqaz, Trans-Anadolu- TANAP, Trans-Adriatik- TAP boru kəmərlərinin icrasındakı rolunu Avropanın enerji təhlükəsizliyi üçün mühüm adlandırıb.
Azərbaycan Respublikasının xarici işlər naziri "Münhen təhlükəsizlik iclası"nda keçirilən "Enerji təhlükəsizliyi üzrə dəyirmi masa"da ölkəsinin Avropanın enerji təhlükəsizliyinin təmini sahəsindəki roluna toxunaraq, Cənub Qaz Dəhlizi layihəsinin icrası barədə belə deyib: Bu layihə çərçivəsində "TANAP" boru kəməri bu il istifadəyə veriləcək və TAP layihəsinin işləri də nəzərdə tutulmuş cədvələ uyğun şəkildə irəliləyir.
Trans-Adriatik- TAP boru kəməri layihəsinin icrası barədə dövlətlərarası razılaşma 2013-cü ildə Albaniya, İtaliya və Yunanıstan arasında imzalanıb. Bu boru kəmərinin uzunluğu 878 kilometrdir və qərar üzrə 2020-ci ildə istifadəyə verilməlidir.
Cənubi Qaz Dəhlizi layihəsi regionun mühüm enerji layihələrindən biri olaraq, Azərbaycan Respublikasının Xəzər dənizində yerləşən "Şah Dəniz" yatağının inkişaf etdirilməsinin ikinci blokundan təbii qazın dənizin dibindəki boru kəməri vasitəsilə Bakının ətrafındakı "Səngəçal" terminalına və oradan da Cənubi Qafqaz, Trans-Anadolu- TANAP, Trans-Adriatik- TAP boru kəmərləri vasitəsilə Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə ərazilərindən keçərək, Avropaya köçürülməsinə şamil olur.