Fev 18, 2018 10:08 Asia/Baku
  • Naxçıvan silahlı qüvvələri rus zirehli texnikası ilə təchiz edilib

Azərbaycan silahlı qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı bölmələri Rusiya istehsalı olan "BTR-82A" tipli modern zirehli texnikalar ilə təchiz edilib.

APA-nın məlumatına görə, piyadanın döyüş maşını BTR-82A texnikası düşmənin döyüş texnikası və canlı qüvvəsinin daha təsirli şəkildə məhv edilməsi və silahlı qüvvələrin sağlamlığının daha artıq qorunması məqsədi ilə bu qüvvələrin ixtiyarına verilib. 

Rusiya istehsalı olan BTR-82A piyadanın hərbi döyüş maşını, bu ölkə tərəfindən istehsal edilmiş ən modern zirehli texnikalardan biridir və 110 nəfərlik tutuma malikdir. 

Naxçıvan Muxtar Respublikası hal hazırda Qarabağ münaqişəsi üzündən Azərbaycan ilə birbaşa quru yoluna malik deyil. Buna görə də, muxtar respublikadakı silahlı qüvvələrin gücləndirilməsi Azərbaycan hökumətinin əsas prioritetlərindən biridir. 

Teqlər