İndiyədək 12 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib
-
İndiyədək 12 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan Respublikasında növbəti prezident seçkiləri üçün 12 nəfərin namizədliyinin təsdiq olunduğunu deyib.
İRİB-in Bakı ofisnin bildirdiyinə görə, Məzhir Pənahov MSK-nın bu günkü iclasında deyib: 12 nəfərin namizədliyinin irəli sürülməsi MSK tərəfindən təsdiq olunub, bir nəfərin namizədliyinin təsdiq olunması məsələsinə isə MSK-nın növbəti iclasında baxılacaq.
MSK-nın ötən iclasında isə hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Azərbaycan Respublikası prezidenti İlham Əliyevin və başqa 4 nəfərin namizədliyi təsdiqlənmişdi.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev, növbəti prezident seçkilərinin 17 oktyabrda deyil 11 apreldə keçirilməsinə dair göstəriş verib.
Azərbaycan prezidentinin müşaviri Əli Həsənov prezidentin növbədən kənar seçkilərin keçirilməsinə dair qərarının səbəbini bir neçə daxili və beynəlxalq münasibətlərə təsadüf etməsi ilə əsaslandırıb.
Bu səbəblər isə müxalifət tərəfindən birmənalı qarşılanmır və onlar bunu İlham Əliyev tərəfindən " özbaşına addım" adlandırırlar.