Azərbaycan prezident seçkilərinə daha üç nəfərin namizədliyi təsdiq olunub
-
Azərbaycan prezident seçkilərinə daha üç nəfərin namizədliyi təsdiq olunub
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bu ölkədə səkkinci prezident seçkilərinə daha üç nəfərin namizədliyini təsdiq edib.
Bu komissiya dünənki iclasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zahid Orucun; milli məclisin üzvü və sosial-demokrat partiyasının baş katibi Araz Əlizadənin və Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin namizədliklərini araşdıraraq, hər üç nəfərin prezident seçkilərinə namizədliyini təsdiq edibdir.
Bundan öncə komissiya hazırkı prezident və Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin namizədliyini təsdiq etmişdi ki, bu üç nəfərlə, indiyədək təsdiq olunmuş namizədlərin sayı dörd nəfərə çatıbdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının prezident seçkilərinə namizədlik üçün on beş nəfər qeydiyyatdan keçib və indiyədək MSK dörd nəfərin namizədliyini araşdıraraq, təsdiq edibdir. Qeydiyyatdan keçmiş digər şəxslərin namizədliklərinin araşdırılması işi davam edir.
Azərbaycan Respublikasında səkkizinci prezident seçkiləri bu il aprelin on birində keçiriləcəkdir.