Apr 04, 2018 08:46 Asia/Baku
  • Azərbaycan Respublikasının hərbçilərindən ibarət yeni qrup Əfqanıstana ezam olunub
    Azərbaycan Respublikasının hərbçilərindən ibarət yeni qrup Əfqanıstana ezam olunub

Azərbaycan Respublikası hərbçilərində 52 nəfərlik bir qrup çərşənbə axşamı günü Əfqanıstana ezam olunub.

İRNA-nın məlumatına görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib: Bu hərbçilər Şimali Atlantik Alyansı NATO-nun "Qətiyyətli Dəstək" adlı missiyasında iştirak etmək üçün Əfqanıstana ezam olunublar. 

Azərbaycanın hərbi qüvvələrinin Əfqanıstanda NATO çərçivəsindəki missiyası 2002-ci ildən başlanıb və indiyə qədər davam edir. 

Hal hazırda Azərbaycanın 120 hərbçisi, eləcə də 2 hərbi həkim, 6 zabit Əfqanıstandadaır. 

ABŞ və müttəfiqləri 2001-ci ildən terrorizmlə mübarizə və təhlükəsizliyi təmin etmək bəhanəsi ilə Əfqanıstana hücum ediblər. Lakin o vaxtdan bəri Əfqansıtanda destabillik, terrorizm, narkotik maddələrin istehsalı diqqəti cəlb edəcək dərəcədə artıb. 

Teqlər