Bakıda Qoşulmama Hərəkatının iclasında BMT-nin strukturunun dəyişilməsi araşdırılıb
İran xarici işlər nazirinin beynəlxalq və hüquq məsələləri üzrə müavini deyib: Bakıda Qoşulmama Hərəkatının bugünkü hazırlıq iclasında BMT strukturunun dəyişilməsi haqda müzakirələr aparıldı.
İRNA-nın məlumatına görə, Qulamhüseyn Dehqani çərşənbə günü Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasının keçirilməsi üzrə hazırlıq iclasının kənarında deyib: Ötən gündən başlanan və bu gün də davam edən bu iclasda iştirak edən ölkələrin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə Qoşulmama Hərəkatının yekun sənədi tənzimlənəcək və yekun təsdiq üçün xarici işlər nazirlərinin iclasına təqdim olunacaq.
İran xarici işlər nazirinin müavini deyib: Bu sənəddə müxtəlif məsələər, o cümlədən təhlükəsizlik, siyasət və beynəlxalq məsələlər, BMT-nin strukturuna yenidən baxılmasına dair məsələr, Yəmən və Fələstin, eləcə də Qəzzədəki son olaylar kimi məsələlər araşdırıldı.