Apr 14, 2018 19:22 Asia/Baku
  • Bakıda seçkilәrә etiraz
    Bakıda seçkilәrә etiraz

Bu gün Bakının Yasamal rayonunda nəzərdə tutulmuş ərazidə Milli Şura və Müsavat Partiyasının birgə təşkilatçılığı ilə etiraz mitinqi keçirilib.

İslaminSesi məlumat verib ki, Mitinqdə hakimiyyət əleyhinə müxtəlif şüarlar səsləndirilib və  11 apreldə keçirilən növbədən kənar prezident seçkilərinə öz etirazlarını bildiriblər.

Mitinqdə həmçinin bundan əvvəlki tələb və şüarlar da – siyasi mәhbuslara azadlıq, monarxiyaya yox, talana son vә b. sәslәndirilib. Mitinq saat 15-dən 17-dək davam edib.

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın bu gün keçirdiyi mitinqlə bağlı açıqlama yayıb.

APA-nın xəbərinə görə, açıqlamada deyilir:

“Aprelin 14-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”.

Müsavat başqanının müavini Gülağa Aslanlı mitində çıxış edib. O, 11 aprel seçkisinin hakimiyyət üçün uğursuz olduğunu deyi: “İlham Əliyevin təyin etdiyi növbədənkənar seçki oyunu uğursuz başa çatdı.

Mitinqdə AXCP sədri Əli Kərimliyə deyib: "Bütün dünya boyu seçki saxtakarlıqları ifşa olunub. Bütün dünya İlham Əlieyvin saxta seçkilər nəticəsində hakimiyyətinin davam etdiyini deyir. Bunların da bütün dünya ilə bacaracaqları bir iş yoxdur, hamının əvəzini bizdən çıxmaq istəyirlər."

Teqlər