Apr 28, 2018 11:22 Asia/Baku
  • Bakı ilə Pekin arasında hərbi anlaşma sənədi imzalanıb
    Bakı ilə Pekin arasında hərbi anlaşma sənədi imzalanıb

Çin və Azərbaycan Respublikası dünən hərbi əməkdaşlıq barədə anlaşma sənədi imzalayıblar.

Bu anlaşma sənədi Pekində Çinin müdafiə naziri general Vey Fenxe və Azərbaycan Respublikasının müdafiə naziri general Zakir Həsənov tərəfindən imzalanıb.

Çinin müdafiə naziri anlaşma sənədinin imzalanmasından sonra Çinin və Azərbaycan Respublikasının hərbi sahədəki təsirli həmkarlığına toxunaraq, bu sahədə daha çox imkanların mövcud olduğunu vurğulayıb.

Çinin Qarabağa münaqişəsinin həlli barədəki mövqeyinin dəyişilməz olduğunu bildirən Vey Fenxe qeyd edib ki, rəsmi Pekin bu münaqişənin beynəlxalq hüquq normaları əsasında və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinə dəstək verməkdə davam edir.

Azərbaycan Respublikasının müdafiə naziri də Bakı-Pekin əlaqələrini tarixi əlaqələr adlandırıb və bildirib ki, Çin ilə hərtərəfli əməkdaşlıqlar, Azərbaycan Respublikasının xarici siyasət prioritetlərindən biridir.

Teqlər