İyun 01, 2018 19:57 Asia/Baku
  • İran Xəzər-2018 beynəlxalq neft və qaz sərgisində
    İran Xəzər-2018 beynəlxalq neft və qaz sərgisində

İran Xəzər dənizi hövzəsində dərin sular üzrə yarımüzən qülləyə malik olan yeganə tərəf kimi bu qülləni Bakıda keçirilən Xəzər-2018 beynəlxalq neft və qaz sərgisində təqdim edərək, öz imkanlarını sərgiləyib.

Xəzər-2018 beynəlxalq neft və qaz sərgisi 38 ölkədən 312 şirkətin iştirakı ilə çərşənbə axşamı günü Bakıda işə başlayıb və bugünədək davam edir.

İranın nümayəndəsi kimi bu sərgidə iştirak edən İranın şimal qazıntı şirkətinin beynəlxalq həmkarlıqları və marketinq müdiri Ehsanullah Qasemi bu gün IRNA-ya deyib ki, dərin sular üzrə yarımüzən qüllənin düzəldilməsi, işə salınması və idarəsi tamamilə yerli mütəxəssislər tərəfindən həyata keçirilir.

İranın şimal qazıntı şirkətinin beynəlxalq həmkarlıqları və marketinq müdiri deyib: Rusiyanın Qazprom şirkəti bu qüllədən istifadə etmək istəyən tərəflərdəndir və bu qüllənin kirayəyə verilməsi və idarəsi barədə iki tərəf arasında müzakirə aparılmalıdır.

Ehsanullah Qasemi sərgilərin imkanlar və marketinqin təqdimi üçün münasib fürsət olduğunu bildirib. O, deyib: İran xəzəryanı ölkələrlə həmkarlıq üçün qazıntı sahəsində bir çox imkanlara malikdir.

İranın şimal qazıntı şirkəti regionda neft və qaz quyularının qazıntısı sənayesində öncül bir şirkət sayılır.

Teqlər