İyun 22, 2018 20:48 Asia/Baku
  • İran Naxçıvandakı baş konsulu təltif edilib
    İran Naxçıvandakı baş konsulu təltif edilib

İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayrom ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və gücləndirilməsi istiqamətində alqışalayiq fəaliyyətinə görə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilib

“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanını bu respublikanın Ali Məclisinin sədri Vasif Talıbov Ayroma təqdim edib.

Naxçıvan Muxtar Respublikasında baş tutan nişanın təltif olunması mərasimində İran baş konsulu alqışlanıb, İran və Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi və öz vəzifələrini məsuliyyətli şəkildə yerinə yetirdiyinə görə, təşəkkür olunub.

Bu mərasimdə Vasif Talıbov deyib: Ötən illər ərzində İranın Naxçıvandakı baş konsulunun səyi nəticəsində iki tərəfin münasibətləri və qonşu vilayətlərin əlaqələri ən yaxşı vəziyyətdədir.

Naxçıvan Ali Məclisinin sədri gömrük-tranzit əlaqələrinin inkişafı, dərman və tibb sahəsində əməkdaşlıq, İran və Naxçıvan arasında iqtisadi və kənd təsərrüfatı münasibətlərinin yaxşılaşdırılması və yüksəldilməsini İranın baş konsulu və konsulluğun fəaliyyətindən təsir aldığını bildirib.

"Naxçıvan qonşu ostanların valilərinin bu respublikaya gəlişini müsbət qarşılayır" -deyə Talıbov bildirib.

Talıbov Naxçıvanın İslam Dünyasının Mədəniyyət Paytaxtı seçilməsini xatırladıb və İranın mədəniyyət və islami irşad nazirinin müavini Seyid Hadi Hüseyninin bu önəmli mədəniyyət olayında iştirak etməsini alqışlayıb.

İranın baş konsulu da bu mərasimdə İran və Naxçıvanın qardaşlıq münasibətlərinə toxunub və deyib: Son üç il ərzində ikitərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf edib.

Ayrom əlavə edib: Bununla belə iki tərəfin potensialları bundan daha çox qiymətləndirilir. Ümidvarıq ki, yaxın gələcəkdə mövcud ptensiallar aktivləşəcək və iki tərəfin mənafeyi təmin olunacaq.

İranın baş konsuluna xidmətlərə görə nişan Naxçıvan Muxtar Respublikasının Konstitusiasının 5-ci maddəsinin 21-ci bəndinə əsasən verilib.

Hal-hazırda bu respublikanın ehtiyac duyduğu dərman preparatlarının 70% İranın əczaçılıq şirkətləri tərəfindən təmin olunur və İran və Naxçıvan arasında kənd təsərrüfatı və elektrik sahəsində yüksək əməkdaşlıq vardır.

Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası, türkiyə və Ermənistanla sərhədi vardır.

5502 kvadratkilometr ərazisi olan Naxçıvanın 700 minə yaxın əhalisi vardır. Azərbaycan Respublikasının tərkib hissəsidir. Naxçıvanın Azərbaycanla quru əlaqəsi Dağlıq Qarabağ münaqişəsinə görə kəsilib. Hal-hazırda İran vasitəsi ilə quru yol əlaqəsi vardır.

Teqlər