İyul 20, 2018 19:57 Asia/Baku
  • Azərbaycan prezidenti fransız həmkarı ilə görüşüb
    Azərbaycan prezidenti fransız həmkarı ilə görüşüb

Azərbaycan Respublikası prezidenti İlham Əiyev Fransaya səfəri çərçivəsində Parisdə fransız həmkarı Emmanuel Makronla görüşüb.

AzərTAc-ın verdiyi məlumata görə, prezidentlər arasında müzakirələr zamanı Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik, mədəni və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev bildirib ki, Azərbaycan ilə Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb. Bu müqavilələr reallaşdırıldığı təqdirdə onların həcmi daha da artacaq. Həmçinin enerji təhlükəsizliyi məsələsi müzakirə olunub, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icra edildiyi vurğulanıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Ümidvarlıq ifadə olunub ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın prezidenti şəxsən bu münaqişənin həllində fəal iştirak edəcək.

Teqlər