Rəsmi Bakı paytaxtı Qüds olan Fələstin ölkəsinin təşkilinə dəstək verib
Sen 30, 2018 10:39 Asia/Baku
Azərbaycan Respublikasının xarici işlər naziri paytaxtı Qüdsi-Şərif olan Fələstin ölkəsinin təşkil edilməsini istəyib.
Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının illik sessiyasının kənarında İslam Əməkdaşlığı Təşkilatının koordinasiya qrupunun iclasında deyib: Rəsmi Bakı Fələstin məsələsinin tez bir zamanda həlli və paytaxtı Qüds olan müstəqil Fələstin ölkəsinin təşkil edilməsini istəyir.
Məmmədyarov əlavə edib: Azərbaycan Respublikası həmçinin Fələstin xalqının bu diyarda azadlıq, sabitlik və davamlı inkişafa nail olmaq üzrə mübarizəsinə dəstək verir.
Azərbaycan Respublikasının xarici işlər naziri eyni zamanda deyib: Fələstin xalqının haqlı tələblərinin reallaşması üzrə beynəlxalq səylərin artması olduqca ümidvericidir.