Azərbaycan NATO-nun Gürcüstandakı hərbi təlimlərində iştirak etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i334000-azərbaycan_nato_nun_gürcüstandakı_hərbi_təlimlərində_iştirak_etdi
Azərbaycan Respublikası Şimali Atlantika Alyansı NATO-nun Gürcüstandakı "Dağlıq ərazidə qış şəraitinə hazırlıq" adlı hərbi təlimlərində iştirak edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 04, 2019 07:47 Asia/Baku
  • Azərbaycan NATO-nun Gürcüstandakı hərbi təlimlərində iştirak etdi
    Azərbaycan NATO-nun Gürcüstandakı hərbi təlimlərində iştirak etdi

Azərbaycan Respublikası Şimali Atlantika Alyansı NATO-nun Gürcüstandakı "Dağlıq ərazidə qış şəraitinə hazırlıq" adlı hərbi təlimlərində iştirak edib.

Report.az-ın bildirdiyinə görə, Azərbaycan Respublikası NATO-nun Gürcüstandakı hərbi təlimlərində simvolik olaraq bir nümayəndə ilə iştirak edib. 

Mtsxeta - Mtyanti məntəqəsindəki "Abuli" adlı qarlı dağ zonasında keçirilən NATO-nun hərbi təlimlərində Latviya, Belarus, Ukrayna, Gürcüstan və Azərbaycan hərbçiləri iştirak edirlər. "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində keçirilən bu hərbi təlimlərdə ümumilikdə 14 hərbçi iştirakedir.