Azərbaycan R-nın xarici işlər naziri tezliklə Tehrana səfər edəcək
İranın Bakıdakı səfiri Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun yaxın gələcəkdə Tehrana baş tutacaq səfərindən xəbər verib.
İranın Bakıdakı səfiri Cavad Cahangirzadə bu gün Azərbaycan Respublikası müxbirlərinin iştirakı ilə İslam İnqilabı qələbəsinin qırxıncı ildönümü münasibətilə İranın Bakıdakı konsulluğu məkanında keçirilən mətbuat konfransında əlavə edib ki, Tehran-Bakı əlaqələri ən yüksək səviyyədədir.
İranın Bakıdakı səfiri eyni zamanda deyib: Bəzi ölkələr İran-Azərbaycan Respublikası əlaqələrinin genişlənməsini istəmirlər, lakin xoşbəxtlikdən, onlar iki ölkə əlaqələrinə təsir göstərə bilməyiblər.
Cahangirzadə əlavə edib: İran və Azərbaycan Respublikasının prezidentləri ötən altı ildə on iki dəfə görüşüblər ki, bu da siyasi, iqtisadi və mədəni sahələrdə münasibətlərin genişləndirilməsi istiqamətində iki ölkə başçılarının əzmkarlığını göstərir.