Mart 03, 2019 15:24 Asia/Baku
  • İranın Azərbaycan Respublikasına ixracatı artıb
    İranın Azərbaycan Respublikasına ixracatı artıb

İranın Bakıdakı səfiri deyib: Ötən milad ilində İranın Azərbaycan Respublikasına ixracatı ondan öncəki illə müqayisədə artıbdır.

İranın Bakıdakı səfiri Cavad Cahangirzadə bu gün Ərdəbil vilayətindəki Biləsuvar-Muğan sərhəd terminalının ikinci etapının istifadəyə verilməsi mərasimində əlavə edib: Proqramlaşdırma və münasib infrastrukturların yaradılması ilə iki ölkə arasındakı ticarət mübadilələri həcmini onqat artıraraq, beş milyard dollara çatdırmaq olar.

Cahangirzadə İran İslam Respublikası və Azərbaycan Respublikasının gömrük başçılarına minnətdarlıq edərək, deyib: 2018-ci ildə Azərbaycan Respublikasının İranla dörd sərhəd gömrüyündən üçünün fəaliyyəti sutkalıq olubdur.

İranın Azərbaycan Respublikasındakı səfiri sonra deyib: Ərdəbil vilayəti Azərbaycan Respublikası ilə ticari və iqtisadi peyvəndlərdəki qabiliyyətləri və imkanları ilə mühüm rol oynaya bilər.

Teqlər