Noy 07, 2019 22:01 Asia/Baku
  • Tehran və Bakı ticarət əlaqələrinin gücləndirilməsini vurğulayıblar
    Tehran və Bakı ticarət əlaqələrinin gücləndirilməsini vurğulayıblar

Azərbaycan Respublikası baş nazirinin müavini və İranın sənaye, mədən və ticarət naziri iki ölkə əlaqələrinin inkişafına təkid ediblər.

Çin beynəlxalq idxalat sərgisində iştirak üçün Şanxaya getmiş İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev ilə görüşdə deyib ki, bu il iki ölkənin ticarət əlaqələri və ixracatı, xüsusən İranın Azərbaycan Respublikasına ixracatı artıbdır.

Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev də iki ölkənin quru yolları və dəmiryolunun qovuşmasına, həmçinin sənaye, ticarət və istehsal sahələrindəki birgə həmkarlıqlarına təkid edib.

Hazırda İran və Azərbaycan Respublikasının ticarət mübadilələri dəyəri ildə təqribən 500 milyon dollardır.

Teqlər