May 09, 2020 18:07 Asia/Baku
  • Azərbaycan Respublikası üzrə koronavirusa yoluxma faizi açıqlanıb

Bakıda ən çox yoluxma Yasamal və Nəsimi rayonlarında qeydə alınıb

“Bakıda koronavirusa yoluxma 47,5 faiz, Gəncə-Qazax regionunda 13,5 faiz, Aran regionunda 10, 2 faiz, Lənkəran regionunda 9,4 faiz olub. Xaricdən gələnlərin isə yoluxmada xüsusi payı 9,1 faiz təşkil edib”.

SəhərAzəri APA-ya istinadən xəbər verir,  bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı  bu barədə məlumat bildirib.

R. Bayramlı deyib ki, xaricdən gələnlərin yoluxmada payının 9.1 faiz olması xaricdən gətirilənlərin karantin rejiminə yerləşdirilməsinin vacib olduğunu göstərir: “Bakıda ən çox yoluxma Yasamal və Nəsimi rayonlarında qeydə alınıb”.

“Son günlər testlər zamanı 2,1 faizin koronavirusa yoluxmsı müşahidə olunur”- deyə Bayramlı əlavə edib.

R. Bayramlı eləcə də deyib ki, 40-49 arasında bir vətəndaşımız vəfat edib, o, uzun sürən xəstəlikdən əziyyət çəkib: “Vəfat edənlərin 43 faizi 60-69 yaş, 14 faizi 70-79 yaş arasındadır". 

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, "Evdə qal" şüarı qüvvədədir: “Biz həm də vətəndaşlarımızı məsuliyyətli olmağa dəvət edirik”.

 

Teqlər