İcma sədri: “Xocalı soyqırımını törədənlərin məhkəməyə cəlb edilməsini araşdırırıq”
https://azeri.sahartv.ir/news/azərbaycan-i361751-İcma_sədri_xocalı_soyqırımını_törədənlərin_məhkəməyə_cəlb_edilməsini_araşdırırıq
“Ermənistan respublikasının təcavüzkar kimi məsuliyyətə cəlb edilməsi ilə bağlı araşdırmalar aparırıq”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 14, 2020 10:53 Asia/Baku
  • İcma sədri: “Xocalı soyqırımını törədənlərin məhkəməyə cəlb edilməsini araşdırırıq”

“Ermənistan respublikasının təcavüzkar kimi məsuliyyətə cəlb edilməsi ilə bağlı araşdırmalar aparırıq”.

SaharAzeri APA-ya istinadən bildirir ki, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev deyib.

“Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan, o cümlədən Xocalı soyqırımını törədən şəxslərin beynəlxalq səviyyədə məhkəməyə cəlb edilməsi məsələsini araşdırırıq”, - deyə icma sədri bildirib.

O vurğulayıb ki, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının dialoq çağırışlarına erməni icması müsbət reaksiya verməyib.