May 19, 2020 12:10 Asia/Baku
  • Azərbaycan XİN rəsmisi: “Ermənistanın danışıqlar prosesini uzatmasına icazə verməyəcəyik”

Azərbaycan XİN rəsmisi: “Ermənistanın danışıqlar prosesini uzatmasına icazə verməyəcəyik”.

SaharAzeri aztv.az portalına istinadla xəbər verir ki,  Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan Televiziyasının (AzTV) “Koronavirus İnfo” verilişində deyib: “Ermənistan tərəfi bir şeyi düzgün dərk etməlidir ki, Dağlıq Qarabağ danışıqları prosesinin əsas məqsədi, münaqişənin nəticələrinin aradan qaldırılmasıdır. Nəticələrin aradan qaldırılması da odur ki, Laçın daxil olmaqla, Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğalına son qoyulmalıdır”.

XİN rəsmisi bildirib ki, ərazilərimizdən işğalçı qüvvələr çıxarılmalı, həmin ərazilərdən didərgin salınmış insanlarımızın hüquqları bərpa olunmalı, onlar öz evlərinə geri qayıtmalıdırlar: “Danışıqların məqsədi budur və Ermənistanın danışıqlarda iştirakı bununla xarakterizə olunur. Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü heç zaman müzakirə obyekti olmayıb və ola da bilməz.  Ermənistan bunu nə qədər tez dərk edərsə, bir o qədər münaqişənin həllində irəliləyiş əldə edə bilərik. L.Abdullayeva Azərbaycanın  Ermənistanın danışıqlar prosesini uzatmasına icazə verməyəcəyini vurğulayıb.

ERMƏNİSTANIN DANIŞIQLAR PROSESİNİ UZATMASINA İCAZƏ VERMƏYƏCƏYİK

Teqlər