May 24, 2020 16:26 Asia/Baku
  • Azərbaycan Respublikasında daha 140 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasında  koronavirus infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri  APA-ya istinadən xəbər verir, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək Respublikada 4122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 2607 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 47 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 270.739 test aparılıb.

 

 

 

Teqlər