Şamaxının icra başçısı və İcra Hakimiyyətinin əməkdaşları karantinə alınıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i362233-Şamaxının_icra_başçısı_və_İcra_hakimiyyətinin_əməkdaşları_karantinə_alınıb
Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 25, 2020 09:06 Asia/Baku
  • Şamaxının icra başçısı və İcra Hakimiyyətinin əməkdaşları karantinə alınıb

Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib.

SəhərAzəri - Trend-in məlumatına görə, testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşları hazırda izolyasiya qaydalarına uyğun olaraq karantindədir.