Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı məlum olub
May 26, 2020 20:59 Asia/Baku
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 26-na olan statistik göstəriciləri açıqlayıb.
SəhərAzəri "Report"-a istinadən xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 2 927 test edildiyi bildirilib.
Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 276 338 test aparılıb.
Qeyd edək ki, bu gün Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb, 1 nəfər isə vəfat edib.
Bununla da Azərbaycan respublikasında koronavirusa yoluxanların sayı 4 403 nəfərə, sağalanların sayı 2 819 nəfərə, ölənlərin sayı isə 52 nəfərə çatıb.