Azərbaycanda koronavirusa daha 315 nəfər yoluxub, 5 nəfər ölüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i362932-azərbaycanda_koronavirusa_daha_315_nəfər_yoluxub_5_nəfər_ölüb
Azərbaycanda koronavirus infeksiyasına 315 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyun 09, 2020 15:55 Asia/Baku
  • Azərbaycanda koronavirusa daha 315 nəfər yoluxub, 5 nəfər ölüb

Azərbaycanda koronavirus infeksiyasına 315 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SaharAzeri Report-a istinadla xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 8 191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 606 nəfər müalicə olunaraq sağalıb, 98 nəfər vəfat edib, 3 487 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 349 200 test aparılıb.