İyun 12, 2020 18:13 Asia/Baku
  • TƏBİB: Sərt karantin rejimi tək həftəsonu deyil, həftəiçi də tətbiq olunmalıdır

“Sərt karantin rejimi tək həftəsonu deyil, həftəiçi də tətbiq olunmalıdır. Buna ara verilməməlidir”.

SaharAzeri Report-a istinadla xəbər verir, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, rəqəmlər arasında təzad vəziyyətin ciddi olduğunu göstərir: “Evdə koronavirus xəstəsi olduğunu gizlədən vətəndaşlarımız kifayət qədərdir. Bu da başqa insanları yoluxdurmaq deməkdir. Vəziyyət nəzarətimiz altında olsa da, vaxtında həkimə müraciət edilməsini istəyirik”. 

Teqlər