İyun 16, 2020 14:19 Asia/Baku
  • Azərbaycan Respublikasında süni tənəffüs cihazında olan COVID-19 xəstələrinin sayı məlum olub

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) iyunun 15-nə olan məlumata əsasən, Azərbaycanda reanimasiyada və süni tənəffüs cihazına qoşulan koronavirus xəstələrinin sayı açıqlayıb.

SaharAzeri xəbər verir ki, Azərbaycan Respublikasında reanimasiyada olan koronavirus xəstələrinin sayı 132, süni tənəffüs cihazına qoşulan koronavirus xəstələrinin sayı isə 30 nəfərdir.

Qeyd edək ki, hazırda xüsusi rejimli xəstəxanalarda müalicə olunan 4 463 nəfər aktiv xəstə var.

Xatırladaq ki, 15 iyun  Azərbaycanda daha 367 nəfərdə koronavirus aşkarlanıb, 156 nəfər sağalıb, 3 nəfər isə ölüb.

Bununla da  ölkədə koronavirusa yoluxanların sayı 10 324 nəfərə, sağalanların sayı 5 739 nəfərə, ölənlərin sayı 122 isə nəfərə çatıb.

 

 

Teqlər