Azərbaycan Respublikasının işğal altında olan ərazilərində indiyədək 91 nəfər koronavirusa yoluxub
https://azeri.sahartv.ir/news/azərbaycan-i363323-azərbaycan_respublikasının_işğal_altında_olan_ərazilərində_indiyədək_91_nəfər_koronavirusa_yoluxub
Azərbaycan Respublikasının işğal altında olan ərazilərində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2020 09:00 Asia/Baku
  • Azərbaycan Respublikasının işğal altında olan ərazilərində indiyədək 91 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasının işğal altında olan ərazilərində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artır.

SəhərAzəri APA-ya istinadla xəbər verir, Dağlıq Qarabağda koronavirusa 12 yeni yoluxma faktı qeydə alınıb.

Bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 91 nəfərə çatıb.

 

Bildirilib ki, indiyədək xəstəlikdən sağalanların ümumi sayı 54 nəfərdir.

Hazırda 94 nəfər karantindədir, xəstəlikdən ölüm faktı isə qeydə alınmayıb.