Azərbaycan Respublikasının işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 100-ü ötüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i363596-azərbaycan_respublikasının_işğal_altında_olan_ərazilərində_koronavirusa_yoluxanların_sayı_100_ü_ötüb
Azərbaycan Respublikasının işğal altında olan ərazilərində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 23, 2020 07:55 Asia/Baku
  • Azərbaycan Respublikasının işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 100-ü ötüb

Azərbaycan Respublikasının işğal altında olan ərazilərində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artır.

SəhərAzəri APA-ya istinadla xəbər verir, Dağlıq Qarabağda koronavirusa 6 yeni yoluxma faktı qeydə alınıb.

Bununla da Azərbaycan Respublikasının işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 103 nəfərə çatıb.

İndiyədək xəstəlikdən sağalanların ümumi sayı 65 nəfərdir.

Hazırda 74 nəfər karantindədir, xəstəlikdən ölüm faktı qeydə alınmayıb.