Bakı və Azərbaycanın rayonları üzrə koronavirusa yoluxma faizi açıqlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i363622-bakı_və_azərbaycanın_rayonları_üzrə_koronavirusa_yoluxma_faizi_açıqlanıb
Bakı və Azərbaycanın rayonları üzrə koronavirusa yoluxma faizi açıqlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 23, 2020 14:06 Asia/Baku
  •  Bakı və Azərbaycanın rayonları üzrə koronavirusa yoluxma faizi açıqlanıb

Bakı və Azərbaycanın rayonları üzrə koronavirusa yoluxma faizi açıqlanıb.

SəhərAzəri xəbər verir, koronavirusinfo.az saytının  məlumatına görə, yoluxma halları Bakı şəhərində artaraq 52.0 faiz olub.

Məlumata əsasən, Abşeronda yoluxma 15.3 faiz, Gəncə-Qazax bölgəsində 10.3 faiz, Aranda 8.1 faiz, Lənkəranda 6.4 faiz, Quba-Xaçmazda 1.7 faiz, Şəki-Zaqatalada 1.5 faiz, Yuxarı Qarabağda 1.2 faiz, Dağlıq Şirvanda 1.5 faiz təşkil edib. Naxçıvanda yoluxma 0.03 faiz, xaricdən gələnlərdə yoluxma halları isə 1.9 faiz təşkil edib.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.