Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında görüşü baş tutub
https://azeri.sahartv.ir/news/azərbaycan-i363959-azərbaycan_və_ermənistan_xİn_başçılarının_videokonfrans_formatında_görüşü_baş_tutub
Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında görüşü baş tutub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 01, 2020 04:46 Asia/Baku
  • Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında görüşü baş tutub

Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında görüşü baş tutub.

 

SaharAzeri  APA-ya istinadla xəbər verir, Dunən Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə video konfrans formatında görüşü baş tutub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən məlumata görə, bir saat davam edən videokonfransda tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə ediblər.

Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən infrastruktur dəyişiklikləri məsələsini qaldırıb.

 

Həmsədrlər son zamanlar aqressiv ritorikanın artdığını qeyd ediblər. E. Məmmədyarov Ermənistanın təxribat xarakterli hərəkətlərinin ritorikanın alovlanmasına gətirdiyini vurğulayıb.

Tərəflər qarşıdan gələn ay ərzində Minsk Qrupunun həmsədrlərin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti videokonfrans formatında görüşünün təşkilinə razılaşıblar.