Azərbaycanda koronavirusa daha 572 yoluxma qeydə alınıb, 8 nəfər vəfat edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i364025-azərbaycanda_koronavirusa_daha_572_yoluxma_qeydə_alınıb_8_nəfər_vəfat_edib
Azərbaycanda 572 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 364 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2020 14:28 Asia/Baku
  • Azərbaycanda koronavirusa daha 572 yoluxma qeydə alınıb, 8  nəfər vəfat edib

Azərbaycanda 572 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 364 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SaharAzeri Report-a istinadla xəbər verir, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8  nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 18 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 425 nəfər müalicə olunaraq sağalıb, 228 nəfər vəfat edib, 8031 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6976 koronavirus testi aparılıb.

Image Caption