Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
https://azeri.sahartv.ir/news/azərbaycan-i364296-azərbaycanda_koronavirusla_bağlı_aparılan_testlərin_sayı_açıqlandı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 7-nə olan statistik göstəriciləri açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 07, 2020 17:23 Asia/Baku
  • Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 7-nə olan statistik göstəriciləri açıqlayıb.

SəhərAzəri Trend-ə istinadla xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 102 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 529 875 test aparılıb. Aktiv xəstə sayı 8 474 nəfərdir, onlardan 334 nəfər reanimasiyadadır, 60 nəfər isə süni tənəffüs aparatına qoşulub.