İyul 10, 2020 17:36 Asia/Baku
  • Azərbaycan Respublikasında koronavirusla bağlı son durum:  526 yeni yoluxma və 8 ölüm

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib. 8605 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir

SəhərAzəri sputnik.az-a istinadla xəbər verir, Azərbaycanda bu gün koronavirusa yoluxma sayı  526  nəfər təşkil edib. 502 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.  Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib: Azərbaycan Respublikasında 22 990 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 14 093 nəfər müalicə olunaraq sağalıb, 292 nəfər vəfat edib.  8605 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Image Caption

 

Teqlər