İyul 10, 2020 19:48 Asia/Baku
  • Bakı koronavirus xəstələrinin sayını azaltmağa çalışır

Azərbaycan Respublikasında koronavirusa yoluxanların sayının artması ilə yoluxanların sayının azaldılması və təsbit olunması üzrə səylər xəstələrin müalicəsi üçün lazımi qərarların çıxarılması və profilaktik tədbirlərlə davam etməkdədir.

SəhərAzəri xəbər verir, Neçə həftədir ki, hər gün bu ölkədə koronavirusa yoluxanların sayına 500 nəfərdən çox xəstə əlavə olur. Belə ki, ötən 20 gün ərzində yoluxanların miqdarı 11 min 300 nəfərdən ikiqat artımla 22 min 464 nəfərə yüksəlibdir.

Təqdim olunan statistikaya əsasən, bu ölkədə xəstəxanaya yatırılmış 8589 xəstədən vəziyyətinin ağır olmasına 329 nəfər xüsusi tibbi nəzarət bölməsində saxlanır.

Dünən on nəfərin ölümü ilə bu ölkənin gündəlik statistikasında ölənlərin maksimum sayı qeydə alınıb və koroanviursdan ölənlərin ümumi sayı 284 nəfərə yüksəlibdir.

Goranboy və Göy Göl rayonları da yoluxanların sayının artmasına görə, dünəndən bu ölkənin karantin vəziyyətində olan və sərt qaydaların tətbiq olunduğu 16 rayonuna əlavə olublar.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xüsusi vəziyyətli karantin qaydalarının tətbiqini hazırkı şəraitdə koronavirusla mübarizə üçün ən yaxşı seçim adlandırıb. O, deyib: Vəziyyətin nə vaxtadək davam edəcəyi ölkədə koronavirusun yayılmasının vəziyyətindən asılıdır və biz qarşıdakı həftələrdə onun barəsində qərar çıxaracağıq.

Azərbaycan Respublikası hökuməti bu ölkənin tibbi imkanlarına görə, koronavirus pandemiyasının əvvəlindən bu ölkənin müxtəlif bölgələrində beynəxalq standartlar əsasında səyyar xəstəxanalar düzəltməyə başladı ki, indiyədək bu tipli altı xəstəxana istifadəyə verilibdir.

Azərbaycan Respublikası həkimlərinə kömək məqsədilə bu ölkənin dəvətilə Türkiyə və Rusiyadan mütəxəssislər bir neçə gündür ki, Bakıdadırlar.

 

Teqlər