İyul 12, 2020 16:23 Asia/Baku
  • Azərbaycan-Ermənistan sərhədində döyüş gedib, hər iki tərəfdən itki var YENİLƏNİB

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz istiqamətində atəşkəs rejimini kobud şəkildə pozublar.

SəhərAzəri Azərtac-a istinadla xəbər verir ki, İyulun 12-də günorta saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Azərbaycan Respublikası mövqelərini atəşə tutublar.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hər iki tərəfdən itki var. Hazırda bu istiqamətdə döyüş gedir. Deyilənlərə görə, əməliyyat şəraiti Azərbaycan Respublikası bölmələrinin nəzarəti altındadır.
Başqa məlumatlara görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məsələ ilə bağlı açıqlamasında bildirib: “Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb”.

Teqlər