İyul 13, 2020 18:05 Asia/Baku
  • Azərbaycan Respublikasında koronavirusa daha 529 yoluxma faktı qeydə alınıb, 547 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 529 yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilin.

Məlumata əsasən, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 24 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15 640 nəfər müalicə olunaraq sağalıb, 313 nəfər vəfat edib, 8 617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 015, ötən müddət ərzində isə ümumilikdə 576 249 test aparılıb.

 

 

Teqlər