İlham Əliyev: "Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər"
Azərbaycan prezidenti ölkəsinin bəzi diplomatlarını xəyanətdə ittiham etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib:" Azərbaycan diplomatiyası hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir. Ancaq bir çox hallarda bunun əksini görürük. Görürük ki, razılaşma prinsipi əsas tutulur, milli maraqları kənara qoyub kiminsə xoşuna gəlmək üçün səylər göstərilir. Bu haqda bir çox məlumatlarım var. Ona görə siz bu məsələləri nəzərdə saxlamaq lazımdır. Bizə elə diplomatik kadrlar lazımdır ki, peşəkar, milli ruhda, milli dəyərlərə bağlı olsunlar, ölkəmizi müdafiə edə bilsinlər", -deyə dövlət başçısı qeyd edib.
Xatırladaq ki, son günlər Azərbaycan mediaları ölkənin dünən vəzifəsindən azad edilən XİN başçısınının əleyhinə sərt yazılar dərc edir, onu səriştəsizlikdə ittiham etmişdilər. Prezident isə son çıxışı zamanı Elmar Məmmədyarovu Tovuzda gedən döyüşlər zamanı özündən ləyaqətsizlik göstərməkdə və hücum diplomatiyasından uzaq qalmaqda suçlamışdı.