İyul 17, 2020 10:38 Asia/Baku
  • “Ermənistan yüzə yaxın hərbçisini itirib”

Azərbaycan Respublikası Müdafiə Nazirliyi: Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan ölü və yaralı olaraq yüzə yaxın hərbçisini itirib

SəhərAzəri Bakı mediasına istinadla xəbər verir, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bəyanat yayaraq bildirib: "Kütləvi informasiya vasitələrində Ermənistanın İstintaq Komitəsinə istinadən son döyüşlərdə erməni tərəfinin 4 nəfər hərbi qulluqçusunu ölü və 36 nəfərini isə yaralı olaraq itirməsi barədə məlumat yayılıb. Bildiririk ki, bu xəbər tamamilə yalandır və reallığı əks etdirmir".
Nazirliyin verdiyi məlumata görə, Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri ölü və yaralı olaraq yüzə yaxın hərbi qulluqçusunu itirib. 
Nazirlik həmçinin bildirib: “Həmişə olduğu kimi Ermənistan öz hərbi itkilərini ictimaiyyətindən gizlətməyə səylə çalışır, Ancaq bir müddət sonra həqiqət üzə çıxacaq və onlar itkiləri etiraf etmək məcburiyyətində qalacaqlar.”
Nazirlik sonra Azərbaycan kütləvi informasiya vasitələrini Ermənistan mətbuatı tərəfindən yayılan məlumatları tirajlamamaqdan və dezinformasiyaları ifşa etməyə çağırıb.

Teqlər