Azərbaycanda son sutkada 471 nəfər COVID-19-a yoluxub
https://azeri.sahartv.ir/news/azərbaycan-i364753-azərbaycanda_son_sutkada_471_nəfər_covid_19_a_yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 471 yeni yoluxma faktı qeydə alınıb, 549 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 17, 2020 14:58 Asia/Baku
  • Azərbaycanda son sutkada 471 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 471 yeni yoluxma faktı qeydə alınıb, 549 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan mediaya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 26 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 17 805 nəfər müalicə olunaraq sağalıb, 341 nəfər vəfat edib, 8 490 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 023, ötən müddət ərzində isə ümumilikdə 610 523 test aparılıb.

Image Caption