Azərbaycanda son sutkada 388 nəfər COVID-19-a yoluxub
https://azeri.sahartv.ir/news/azərbaycan-i364842-azərbaycanda_son_sutkada_388_nəfər_covid_19_a_yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 388 yeni yoluxma faktı qeydə alınıb, 517 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2020 13:33 Asia/Baku
  • Azərbaycanda son sutkada 388 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 388 yeni yoluxma faktı qeydə alınıb, 517 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan mediaya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 27 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 18 967 nəfər müalicə olunaraq sağalıb, 354 nəfər vəfat edib, 8200 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8095, ötən müddət ərzində isə ümumilikdə 627881 test aparılıb.