Azərbaycan R-da karantin rejimi uzadılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i365612-azərbaycan_r_da_karantin_rejimi_uzadılıb
Azərbaycan Respublikasındakı xüsusi karantin rejimi bəzi məhdudiyyətlərin ləğv edilməsilə on üç rayonda daha bir ay müddətinə uzadılıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Avq 06, 2020 13:42 Asia/Baku
  • Azərbaycan R-da karantin rejimi uzadılıb

Azərbaycan Respublikasındakı xüsusi karantin rejimi bəzi məhdudiyyətlərin ləğv edilməsilə on üç rayonda daha bir ay müddətinə uzadılıb.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün bildiribdir ki, digər rayonlardan Bakı şəhərinə giriş və çıxış, həmçinin qadağanın tətbiq edildiyi əksər bölgələrdə şəhərlərarası gediş-gəliş, metro, iri ticarət və mədəniyyət mərkəzləri tətil olmaqda, eyni zamanda əczaxanalar və ərzaq mağazaları fəaliyyət göstərməkdə davam edirlər.

Bu yeni qərara əsasən, ictimai məkanlarda maskadan istifadə icbaridir və toy və yas mərasimləri kimi kütləvi mərasimlərin keçirilməsi, idman və sərgi salonlarının, muzeylərin, tədris və universitet mərkəzlərinin fəaliyyəti qadağandır.

Son rəsmi statistikalara görə, indiyədək Azərbaycan Respublikasında 32 min 684 nəfər koronavirusa yoluxub. Onlardan 27 min 760 nəfər sağalıb. 468 nəfər də həyatını itiribdir.