Avq 06, 2020 20:54 Asia/Baku
  • Azərbaycanda koronavirus infeksiyasına daha 144 nəfər yoluxub.

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 144 yeni yoluxma faktı qeydə alınıb, 435 nəfər bu virusdan sağalıb.

 SəhərAzəri yerli mənbələrə istinadla xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycan Respublikasında 33 min 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 29 min 275 nəfər müalicə olunaraq sağalıb, 479 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 493 nəfərdir.

Ötən müddət ərzində 766 min 179 test aparılıb. Bugünkü test sayı isə 7 050-dir.

Teqlər