Avq 10, 2020 12:19 Asia/Baku
  • Ermənistan atəşkəsi pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub.

Sahar Azari bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

Azərbaycan MN-in məlumatına görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Zamanlı kəndlərində yerləşən Azərbaycan ordusunun mövqelərini atəşə tutulub.

İşğal altında olan Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan silahlı qüvvələrinin mövqeləri atəşə tutulub.

Teqlər