Azərbaycan Respublikasında koronavirusa yoluxanların sayı 33 824 nəfərə çatıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i365860-azərbaycan_respublikasında_koronavirusa_yoluxanların_sayı_33_824_nəfərə_çatıb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 93 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 12, 2020 12:53 Asia/Baku
  • Azərbaycan Respublikasında koronavirusa yoluxanların sayı 33 824 nəfərə çatıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 93 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahdan mediaya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 824 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 058 nəfər müalicə olunaraq sağalıb, 497 nəfər vəfat edib, aktiv xəstə sayı 2 269 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 054, ötən müddət ərzində isə ümumilikdə 804 513 test aparılıb.