Avq 22, 2020 18:59 Asia/Baku
  • Azərbaycanda son sutka ərzində 160 koronavirus xəstəsi sağalıb

Azərbaycanda 184 nəfər koronavirusa yoluxdu, 160 nəfər sağaldı, 3 nəfər vəfat etdi

Səhər Azəri bildirir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 184 yeni yoluxma faktı qeydə alınıb, 160 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək Azərbaycan Respublikasında ümumilikdə 35 105 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 842 nəfər müalicə olunaraq sağalıb, 515 nəfər vəfat edib, aktiv xəstə sayı 1 738 nəfərdir.

Teqlər