Azərbaycanda bir gündə 169 nəfər COVID-19-a yoluxub, 151 nəfər sağalıb sağalıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i366365-azərbaycanda_bir_gündə_169_nəfər_covid_19_a_yoluxub_151_nəfər_sağalıb_sağalıb
Azərbaycan Respublikasında ötən sutka ərzində koronavirus (COVID-19) infeksiyasına  169 yeni yoluxma faktı qeydə alınıb,  151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 23, 2020 12:52 Asia/Baku
  • Azərbaycanda bir gündə 169 nəfər COVID-19-a yoluxub, 151 nəfər sağalıb sağalıb

Azərbaycan Respublikasında ötən sutka ərzində koronavirus (COVID-19) infeksiyasına  169 yeni yoluxma faktı qeydə alınıb,  151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Səhər Azəri bildirir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bu məlumata görə Operativ Qərargah COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  3 nəfərin vəfat etdiyini bildirib.

İndiyədək Azərbaycanda ümumilikdə 35274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32993  nəfər müalicə olunaraq sağalıb,  518 nəfər vəfat edib, aktiv xəstə sayı  1763 nəfərdir.

Azərbaycan Respublikasında son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5432 , ötən müddət ərzində isə ümumilikdə 873777  test aparılıb.