Azərbaycan Respublikasında daha 142 nəfər koronavirusa yoluxub
https://azeri.sahartv.ir/news/azərbaycan-i366581-azərbaycan_respublikasında_daha_142_nəfər_koronavirusa_yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 97 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 28, 2020 18:23 Asia/Baku
  • Azərbaycan Respublikasında daha 142 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 97 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahdan mediaya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 461 nəfər müalicə olunaraq sağalıb, 527 nəfər vəfat edib, aktiv xəstə sayı 1 998 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 014, ötən müddət ərzində isə ümumilikdə 904506 test aparılıb.

Image Caption